Bu il Xocalı faciəsinin, Qarabağ müharibəsi zamanı erməni qoşunlarının Azərbaycanın Xocalı şəhərini ələ keçirməsindən sonra dinc sakinlərin kütləvi qırğınının 30 ili tamam olur.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın ictimai-siyasi "Svobodnaya Pressa" internet nəşrində dərc olunan materialda deyilir.
"Bütün bu illər ərazində Azərbaycan sakinlərinin qəlbində qanlı yara kimi qalır, rəsmi Bakı tərəfindən soyqırım adlandırılır (bu, bir çox ölkələr tərəfindən də qəbul edilib) və şübhəsiz ki, Qarabağa münaqişəsinin ən kədərli səhifələrindən biri hesab olunur. 1992-ci ilin fevralında erməni qoşunları tərəfindən mühasirədə olan Xocalı şəhəri əhalinin təxliyəsi başladı", - materialda bildirilir.
Məqalədə qeyd olunur ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca piyada dəstələr şəhərə daxil oldu və səhər saatlarınnda şəhərin müdafiəçilərinin müqavimətini qıra bildilər.
"Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı, onlardan 150 nəfərin taleyi bu günədək məlum deyil. Hüquq müdafiəçilərinin məlumatlarına əsaəsn, hadisədən sonra dörd gün ərzində Ağdama 200 meyit gətirilib. "Human Rights Watch" təşkilatı qeyd edib ki, sakinlərin bir hissəsi şəhərdən qaçarkən erməni postları ilə üzləşdikdən sonra güllələnib", - məqalədə deyilir.
Nəşr həmçinin Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Britaniya jurnalisti Tomas de Vaala müsahibəsini xatırladıb. Qeyd olunur ki, o, məğzi tamamilə aydın olan açıqlama verib: "Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq".
Məqalədə vurğulanır ki, Yerevan bugünədək 1992-ci il fevral hadisələrinin araşdırılması üçün heç bir cəhd etməyib.