26 fevral 2022 15:37
697

Xocalı qurbanları Tərtərdə anılıb

26 fevral 222- ci il tarixdə Tərtər rayon İcra Hakimiyyəti və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30- cu il dönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, hüquq – mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları və qaziləri, şəhid ailələri ,çoxsaylı ictimaiyyət nümayəndələri, Xocalı faciəsini yaşamış Xocalı sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları Tərtər şəhərində şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksini ziyarət edərək faciə qurbanlarının eləcə də, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla anıb, abidə önünə gül dəstələri düzüblər.