01 mart 2022 12:39
1095

Azərbaycanda uşaqlara daha çox dini adlar qoyulur

“Uşağa ad valideynlərin razılığı əsasında verilir”.

“İki sahil” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Xətai Rayon qeydiyyat şöbəsinin rəisi Leyla Süleymanova “Adın, ata adının, soyadın dəyişdirilməsi” mövzusunda onlayn brifinqdə deyib.

O bildirib ki, hazırda uşaqlara daha çox dini adlar qoyulur: “Oğlan uşaqlarına daha çox Əli, Yusif, Məhəmməd adları, qız uşaqlarına isə Məryəm, Fatimə, Zəhra adları qoyulur”.

Şöbə rəisi vurğulayıb ki, adların qoyulmasına icazə verilməyən hallar qanunvericilikdə öz əskini tapıb.