09 mart 2016 17:33
261

Fil sürüsü üstündən keçdi

Fil sürüsünün qarşısında dayandı, əyləşdiyi oturacaqdan belə qalxmadı. 

Cənubi Afrika Respublikasına səyahət edən bir turistin  təhlükəli davranışı, həvəskar kameradan bu cür lentə alınıb. Nəhəng canlının ayaqları altında qalıb əzilmə təhlükəsi ilə üzləşsə də,  39 yaşlı turist  sürünün önündən çəkilməyib.

Vəhşi təbiətin qoynunda böyümüş və əhliləşdirilməmiş fillərlə dolu olan Balule qoruğu, hər il minlərlə turistin axınına səhnə olur. Bu qoruğa gələn turistlərə  fillərin  yarada biləcəyi potensial təhlükələrlə bağlı xəbərdarlıq edilir, onlara müəyyən təlimatlar verilir. Ancaq  Esve Ras adlı turist bu təlimatlara məhəl qoymayıb.

Fillərin ona rəhm edəcəyindən əmin olan   turist, inadla filin yolunun üstündə dayanıb. Əsəbləri tarıma çəkən həmin an, Esve Rasın həmkarı və dostu Kevin  Linde tərəəfindən anbaan lentə alınıb.

Xoşbəxtlikdən fil də turist qədər inadkar  çıxmayıb. Avropalı qonağa həddən artıq yaxınlaşan fil, ona hər hansı xəsarət yetirməyib.