09 mart 2016 17:42
207

Hovuzun dibində canlı radio izləyin

Suyun dibində canlı proqram apardı. Həm də dayanmadan 5 saat 21 dəqiqə...

Almaniyada bir radio aparıcısı dünyanın ən qəribə  proqramlarından birinə imza atıb. Canlı efirə  həmişəki otağından yox, hovuzun dibindən çıxan aparıcı,  bütün ölkənin diqqətini idarə etdiyi proqrama yönəldirib.

Frayburq şəhərində fəaliyyət göstərən Baden fm radyosunun əməkdaşı olan Yan Hazelhofer  hovuzun dibində canlı proqram gerçəkləşdirəcəyini irəli sürəndə, çoxları ona inanmamışdı.  Sözünün üstündə duran aparıcı, proqramı idarə etmək üçün girdiyi hovuzdan 5 saat 21 dəqiqə sonra çıxıb.  Bu eyni zamanda bir dünya rekordudur.

Suyun dibində ən uzun  canlı radio proqramı gerçəkləşdirən  insan kimi tarixə düşən Yan Hazelhofer bu uğuru üçün çox sevindiyini gizlətməyib. Kənardan hər şey sadə görünə bilər, ancaq deyir son dəqiqələrdə işlər xarab imiş...

Onu da qeyd edək ki, canlı proqram ərzində  aparıcı heç vaxt hovuzda təkbaşına qalmayıb. Potensial təhlükə ilə bağlı  peşəkar dalğıc hovuzda  keşik çəkib.