10 mart 2016 00:55
380

Kəndir üzərində...

İngiltərədə skripka ustası insanların diqqətini cəlb etmək üçün qeyri-adi üsula əl atıb.

O, kəndir üzərində dayanaraq skripkada ifa edib.

ATV.az xəbər verir ki, peşəkar kəndirbazlar kimi davranan şəxs, olduqca rahat şəkildə kəndirin üzərində müvazinətini saxlayıb. Eyni zamanda skripkada ifa edən musiqiçi, məqsədinə nail ola bilib. Ərazidən keçən insanlar ayaq saxlayaraq həm onun şəklini çəkib həm də ifasını dinləyib.

Musiqiçinin sözlərinə görə, normal şəkildə dayanıb skripkada ifa etmək insanlar üçün cəlbedici deyil. Bu vəziyyətdə yalnız bir neçə insanın diqqətini cəlb etmək mümkün olur. Amma bir qədər fərqli şəkildə bunu etdikdə heç şübhəsiz insanlar ayaq saxlayaraq bunu dəyərləndirir.