Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə "Soyqırımdan şanlı Zəfərədək keçilən yol" adlı anım tədbiri keçirilmişdir.
“İki sahil” xəbər verir ki, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı tədbiri açıq elan etdikdən sonra soyqıqrım qurbanlarının xatisrəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən təşkilat sədri 1918-ci il 31 mart soyqırımı ərəfəsində ölkəmizdə və dünyada baş verən hadisə və proseslər barədə ətraflı məlumat verdi. Mənfur qonşularımız olan ermənilərin tarixin bütün dönəmlərində məqam gözlədiklərini, fürsət yaranan kimi öz qonşularına qarşı aqressiyalarını həyat keçirdiklərini bildirdi. Hələ XIX əsrin ortalarından etibarən Bakıda özlərinin xeyriyyə cəmiyyətini təsis edən azsaylı erməni ailələri, əsrin sonlarına döğru terroçu hərbi-siyasi təşkilatlarını ("Daşnaksütun", "Qınçaq", "Ərməniyyə") yaratdılar. I dünya müharibəsinin nəticələri, bolşeviklərin mövqelərinin güclənməsi, Bakı şəhər Dumasına keçirilən seçkilərdə millətçilərin üstünlük əldə etmələri ermənilərə bəhanə oldu. Azərbaycanın az qala bütün bölgələrini əhatə edən soyqırım 50 mindən artıq soydaşımızın ölümünə, 10 minlərlə insanının öz doğma yurd-yuvalarından didərgin düşmələrinə səbəb oldu. Sonrakı tarixi proseslərdən söz açan natiq bütün bu olanların öz siyasi-hüquqqi qiymətini almasından ötrü Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyev həyata keçirdiyi tədbirlərdən, 31 matr gününün Soyqıqrım günü kimi qeyd olunması ilə bağlı imzalanmış sərəncamdan danışdı.
"Quba Memorial Kompleksi"nin yaradılmasının, "Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə bağlı sərəncamın imzalanmasının dövlət başçsı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin tarixən qarşılaşdığımız soyqırımı hadislərinin yadaşlardan silinməməsi üçün atılan tarixi addımlar olduğunu vurğuladı. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə 44 günlük müharibə nəticəsində əldə olunan tarixi Zəfərin ermənilərə tutarlı dərs olduğunu, soyqıqrım qurbanlarının qanının yerdə qalmadığını bildirib.
Tədbir iştirakçılarından ərazi partiya təşkilat sədri Elmin Nuri, Üzeyir Eyvazov, Firudin Cavadov, YAP rayon təşkilatının əməkdaşı Akif Kazımov mövzu ilə əlaqədar ətraflı danışdılar. Soyqırımla bağlı tarixi hadisələrin xalqımızın tarixi yaddaşındn heç vaxt silinməyəcəyini vurğuladılar. Bu hadisələrin öz hüquqi-siyasi qiymətini almasından ötrü işlərin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Tədbirin yekununda Soyqırım hadislərinə həsr olunmuş filmə baxış keçirilib.