21 fevral 2020 10:28
1097

30 dərəcə soyuqda küçədə yaşayırlar -  Sibirdə- FOTO

Hava temperaturunun mənfi otuz dərəcədən aşağı olduğu Sibirdə evsiz insanların həyatda qalma görüntüləri ürək ağrıdır.

"İki sahil" xəbər verir ki, Rusiyanın Sibir bölgəsində 3 min 500 evsiz insan yaşayır. Havanın çox soyuq olduğu ərazidə evsizlər sadəcə isti su boruların üstündə və ya altında məskən salıblar. İsti borunun altında yatmaq böyük təhlükə kəsb edir. Çünki həmin evsizlər içkinin təsiri ilə sərxoş olub yatarkən isti borunun üstündə yanıq xəsarəti ala bilərlər. Sosial yardım fondu həmin insanlara geyim, yemək versə də, bu, hər zaman baş vermir. Hətta bəzən bir qrup insan evsiz insanların əşyalarını və sığınacaqlarını yandırır. Onlardan bəziləri zibil qutularından yığdıqları əşyaları və şüşələri sataraq az miqdarda pul əldə edərək maddi ehtiyaclarını qismən ödəyirlər.