20 may 2019 14:44
835

30 milyard dollar ÖLKƏDƏN ÇIXARILDI - Mərkəzi Bank hərəkətə keçdi

İran hökuməti ixracatdan əldə olunan 30 milyard dollar həcmində məbləği ölkə xaricində saxlayan iş adamlarını məhkəməyə verəcək.

Publika.az xəbər verir ki, bu barədə İran İqtisadiyyat və maliyyə naziri Fərhad Dəcpəsənd danışıb.

İran Məclisi Xəbər Agentliyinə (ICANA) açıqlama verən nazir bildirib ki, 30 milyard dolları ölkəyə gətirməyən iş adamlarının siyahısı hazırdır və onlar Mərkəzi Bank tərəfindən məhkəməyə veriləcək.

Qeyd edək ki, İran Sənaye, mədən və ticarət nazirinin müavini Hüseyn mir Şücaiyan qeyri-neft məhsullarının ixracından 40 milyard dollar əldə olunduğunu, bu məbləğin 30 milyard dollarlıq hissəsinin ölkəyə gətirilmədiyini açıqlamışdı.