Bir vaxtlar makadamiya Avstraliyanın yerli əhalisinin əsas məhsullarından biri hesab edilirdi. Qabığı qalın olduğundan delikatesi əldə etmək çətin olduğu üçün onu ildə 40 tondan artıq istehsal etmirdilər. Bir kiloqram makadaminin qiyməti 30 dollar dəyərində idi.
Dünyada ən bahalı ət yaponiyanın mərmər əti hesab edilir. Avropada bu ətin 200 qramı 100 dollar dəyərindədir. Bəzən hətta incə kəsilmiş bir dilim əti min dollara satışa çıxarırlar.
Dünyada ən bahalı ədviyyat isə zəfərandır. Əsl zəfəranın yarım kiloqramını əldə etmək üçün bitkinin 225000 erkəkciyi lazımdır. Əsl zəfəranın bir kiloqramı 6 min dollar dəyərindədir.
Dünyanın ən bahalı qidalarından biri də yerdombalanı göbələyidir. Onun dəqiq qiyməti olmur. Belə ki, hər böyük göbələk hərracda satılır. 2007-ci ildə Honkonqdan olan üç varlı şərik olaraq 750 qramlıq göbələyi 209 min dollara almışdı.
Dünyada ən bahalı kürü əslində qara kürü deyil. Bu, “Almaz” kürüsüdür. “Almaz” albinos - ağ balığının kürüsüdür. Nadir hallarda İrandan ixrac olunur. Təmiz qızıldan hazırlanmış qablaşdırmada olan 100 qram kürünün qiyməti 2 min dollardır.
Dünyada ən bahalı şokolad “Chocopologie by Knipschildt” şokoladıdır. Bu şokolad ABŞ-da istehsal olunur. 453 qram “Chocopologie by Knipschildt” şokoladını əldə etmək üçün 2600 dollar ödəmək lazımdır.
Dünyada ən bahalı desert isə Nyu-Yorkun “ Serendipity” restoranında satılır. Onu qızıldan hazırlanmış qablarda təqdim edirlər və yanında qızıldan hazırlanmış çay qaşığı qoyurlar. Bu heyrətamiz desertin dadına baxmaq istəyənlər 25 min dollar ödəməlidirlər. Boş qabını isə müştəri özü ilə apara bilər.
Könül Əliyeva, “İki sahil”