10 mart 2016 16:09
129

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2158 nömrəli quyu qazmadan sonra istismara verilmişdir.

Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul vermiş, 1828-1821 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir. 

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılmışdır.