İtib-batan əşyalar, küçələrdən yığılan tullantılar bu cür dilə gəldi.
ATV Xəbər bildirir ki, Böyük Britaniyada dünyanın ən qeyri-adi orkestrlarından biri insanların diqqətini cəlb edib. Bu orkestrda musiqi alətləri hər kəsin gündəlik həyatda tez-tez rast gəldiyi məişət əşyalarıdır.
Musiqi əsərləri ifa etmək üçün bahalı alətlər axtarışına çıxmayan britaniyalı musiqiçilər əvəzində itən və atılan əşyalardan istifadə edib. Mişardan kamança düzəldən ingilislər, divanın altına simlər düzməklə ondan arfa yaradıb.
Hələ bunlar da son deyil. Musiqiçilərin fərqli-fərqli notda olan avtomobil siqnallarından istifadə edərək mahnı səsləndirməsi də fərqli ahəng yaradıb. Kimiləri də plastik boruları yerdə sürüməklə, su qablarına hava üfürməklə müşayiət edib.
Orkestrın həm-təsisçisi Stiv MakNikolas köhnə hollivud filmlərində musiqilərdən həvəslənərək bu cür fərqli alətlər hazırlamaqv fikrinə düşdüyünü bildirib. Britaniyalı musiqiçilər öz fərqli musiqi alətləri ilə dünya miqyasında konsert verməyə hazırlaşır.