11 mart 2016 00:15
305

İdmançı 2 min metr hündürlükdən tullandı

Çilidə peşəkar idmançı Sebastian Alvarez təhlükəli şouya imza atıb. O, xüsusi parça qanadların vasitəsiylə  2 min metr yüksəklikdən tullanaraq yerə doğru saatda 250 kilometr sürətlə uçub.

ATV Xəbər bildirir ki,iİdmançı şousunu daha da baxımlı etmək üçün uçarkən binanın ətrafında dövrə vurmağa çalışıb. Qismən məqsədinə nail olan Alvarez, daha sonra paraşütünü açıb və təhlükəsiz şəkildə yerə enib.

Qeyd edək ki, Alvarez bundan əvvəl də oxşar şoulara imza atıb. O, bir neçə dəfə binaların arasında uçaraq diqqət mərkəzinə düşüb. Bundan əvvəlki şouları zamanı Alvarez saatda 300 kilometrdən çox sürət yığmaqla hamını təəccübləndirmişdi.