Böyük Britaniyanın elm adamları “Titanik” gəmisinin batmasına səbəb olan aysberq barədə geniş araşdırma aparıb. Məlum olub ki, “qatil buz dağı”nın azı 100 min il yaşı və 1, 5 milyon ton çəkisi olub. Qəza zamanı onun su üzərindəki hissəsinin hündürülüyü cəmi 30 metr çatıb. Aysberqin ümumi uzunluğu isə 120 metrə olub.
ATV.az bildirir ki, elm adamlarının sözlərinə görə, onlar aysberqin çəkisini və yaşını araşdırarkən riyazi hesablama və hadisənin baş verdiyi dövrdəki coğrafi məlumatlardan istifadə edib. Bildirilir ki, tarixin ən böyük dəniz faciələrindən birinə səbəb olan buz parçası 100 min əvvəl Qrelandiyadan qoparaq Atlantik okeanının mərkəzinə doğru hərəkət edib.
“Mühəndislərin möcüzəsi” kimi qiymətləndirilən "Titanik" dövrünün ən böyük sərnişin gəmisi idi. "Titanik" 1912- ci il aprel ayının 10-da, İngiltərənin Liverpool limanından Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhəri istiqamətində yola düşüb. Haqqında “batmaz” ifadəsi işlədilən "Titanik" gəmisi aysberqlə toqquşduqdan iki saat sonra suya qərq olub. Aprelin 12-sində baş verən hadisə zamanı 1514 nəfər dünyasını dəyişib.
Alimlərin sözlərinə görə, gəmidə təhlükəsizlik qayıqlarının sayı kifayət qədər olsaydı, tələfat göstəricisi bu qədər çox olmazdı. Gəminin qəzadan iki saat sonra batdığına diqqət çəkəm elm adamları deyir ki, bu müddət ərzində sərnişinlərin əksəriyyətini təxliyyə etmək mümkün idi.