13 may 2022 11:17
812

Ağdam Sənaye Parkında daha iki şirkətə rezidentlik statusu verilib

İqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkında daha iki sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 9-a çatıb.

“İki sahil” xəbər verir ki,  bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bunlar Azərbaycan kapitallı “Agah Group” MMC və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kapitallı “Expert Services FZE” şirkətidir. 1-ci şirkət Parkda metal məmulatlarının istehsalı müəssisəsi inşa edəcək, 2-ci şirkət isə ağır texnikaya xidmət göstərilməsi ilə yanaşı, həm də istehsal fəaliyyəti ilə məşğul olacaq. İnvestisiya dəyəri 9 milyon manatdan çox olan layihələrin reallaşması ilə 60 nəfər daimi işlə təmin ediləcək.