16 may 2022 13:59
645

Azərbaycanda yeni və daha mütəşəkkil buğda növləri hazırlanır

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi tədqiqat institutlarının apardığı araşdırmalar yeni və daha mütəşəkkil buğda növlərinin hazırlanmasına yönəlib.

Bunu “İki sahil”ə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirliyinin protokol rəhbəri Toğrul Qafarbəyli deyib.

Onun sözlərinə görə, ölkənin buğda ilə birbaşa təminatının yerli toxumlar üzərində aparılması, qida təhlükəsizliyi baxımından çox önəmli rol oynayır.

“Burada elmi tərəflə yanaşı suvarma və su təsərrüfatının formalaşdırılması çox böyük faktorlardan biri hesab olunur. Hesab edirik ki, bu vəhdətin formalaşdığı yerdə yüksək göstəricilər əldə oluna bilər”, - deyə Toğrul Qafarbəyli qeyd edib.