16 may 2022 14:20
565

Rinqdə qəfil ürəyi dayandı

Almaniyada yaşayan türk əsilli boksçu Musa Askan qəfil dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, 84 kq olan idmançı dünən Münhen şəhərində rəqibi ilə görüş zamanı üçüncü raundda infarkt keçirib və rinqdə yerə yıxılıb.

Xəstəxanaya aparılan boksçu bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.