16 may 2022 14:24
545

Ukrayna və Yaponiya 100 milyon dollarlıq kredit sazişi imzalayıb

Ukrayna və Yaponiya 100 milyon dollarlıq kredit sazişi imzalayıb.

“İki sahil” "Guardian"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu vəsait ilk növbədə Ukraynadakı müharibədən zərər görən həssas qruplara dəstək olmaq üçün nəzərdə tutulub.

Kredit 30 il müddətinə verilib və ona 10 illik güzəşt müddəti daxildir.