16 may 2022 14:36
350

İsveç hökumətinin niyyəti NATO-ya üzv olmaq üçün müraciət etməkdir

“İsveç hökumətinin niyyəti NATO-ya üzv olmaq üçün müraciət etməkdir”.

“İki sahil” xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Ann Linde "Twitter"də bildirib.

“Bu gün İsveç üçün tarixi gündür. Parlamentdəki siyasi partiyaların geniş dəstəyi ilə gəlinən nəticə ondan ibarətdir ki, İsveç NATO-dakı müttəfiqləri ilə birlikdə daha güclü olacaq”, - o qeyd edib.