16 may 2022 14:42
586

Azərbaycan və Avstriya Qarışıq Komissiyasının 10-cu iclası keçirilib

Bakıda Azərbaycanla Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib.

Bu barədə “İki sahil”ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, iclasda nazir Rəşad Nəbiyev, eləcə də Qarışıq Komissiyanın Avstriya tərəfdən həmsədri, bu ölkənin Rəqəmsal və İqtisadi İşlər üzrə Federal Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri Franz Vessiqi iştirak edib. Onun başçılığı ilə nümayəndə heyəti ölkəmizdə səfərdədir.

İclasda iki ölkə arasında iqtisadi, elmi və texniki əməkdaşlığın cari vəziyyəti müzakirə olunub. Eyni zamanda ticari və iqtisadi əlaqələr, nəqliyyat, İKT, kənd təsərrüfatı, qida təhlükəsizliyi, enerji, turizm və mədəniyyət sahəsi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

​İclasın sonunda protokol imzalanıb.