16 may 2022 14:52
488

Müharibə uzanarsa, hər 10 ukraynalıdan 9-u yoxsulluq həddinə düşəcək

"Rusiya ilə Ukrayna arasında müharibə uzanarsa, hər 10 ukraynalıdan 9-u yoxsulluq həddinə düşəcək".

“İki sahil” UNİAN-a istinadən xəbər verir ki, bu barədə BMT-nin tviter mikrobloqunda məlumat verilib.

Bildirilib ki, müharibə uzanarsa, hər 10 ukraynalıdan 9-u yoxsulluq həddinə düşəcək və inkişafdakı, təxminən, 20 illik uğurlar təhlükə altına düşəcək.

Qeyd olunur ki, Ukrayna hökumətinin məlumatına görə, azı 100 milyard ABŞ dolları dəyərində olan evlər, yollar, körpülər, xəstəxanalar, məktəblər artıq dağıdılıb. Müharibə ölkə müəssisələrinin yarısının tamamilə bağlanmasına, digər yarısının isə çətinliklərə düçar olmasına səbəb olub.