16 may 2022 14:54
715

“McDonalds” Rusiyada fəaliyyətini yeni brend altında davam etdirəcək - YENİLƏNİB

“McDonalds” Rusiya bazarında fəaliyyətini yeni brend altında davam etdirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə şirkətdəki mənbədən TASS agentliyinə bildirilib.

Qeyd olunub ki, “McDonalds” iyunun ortalarından etibarən fəaliyyətini yeni brend altında, işçi ştatını və menyunu saxlamaqla davam etdirəcək.

“Əgər siz Puşkinskayadakı “McDonalds”ın (Puşkinskaya metro stansiyası yaxınlığında Moskvada ilk açılan“McDonalds” restoranı) taleyindən narahatsızsa, buna dəyməz. Yeni brend həmin binada fəaliyyət göstərəcək. Sarı rəngli ”M” hərfinin olduğu bütün binalarda restoran fəaliyyətini davam etdirəcək”, deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, restoran ənənəvi menyunu da saxlayacaq. Mümkündür ki, burgerlərin adı dəyişsin.

***

“McDonalds” Rusiya bazarından getdiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Bildirilib ki, “McDonalds”ın Rusiyadakı biznesinin satışına başlanılıb.

Qeyd edək ki, Rusiya Ukrayna müharibəsi səbəbindən Qərbin tətbiq etdiyi sanksiyalar çərçivəsində 500-dən çox xarici şirkət Rusiya bazarını tərk etdiyini və ya fəaliyyətini dayandırdığını açıqlayıb. “McDonalds” mart ayından etibarən Ukraynadakı müharibəyə etiraz olaraq Rusiyada fəaliyyətini dayandırmışdı. Lakin bununla belə, “fast-food” restoranlar şəbəkəsi işçilərinə əmək haqqını verməyə davam edirdi.