16 may 2022 15:04
297

Daha 11 rayonda 15 modul tipli məktəb quraşdırılacaq

Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Təhsil Nazirliyinə 5 milyon manat ayırılıb.

“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Maliyyə Nazirliyi bu Sərəncama uyğun olaraq maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.