“Bursaspor” Azərbaycan millisinin hücumçusu Namik Ələskərovla müqaviləsinə xitam verəcək.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə I Liqasını tərk edən klubun prezidenti Ömər Burkan Banaz açıqlayıb.
Bu gün mətbuat konfransı təşkil edən klub rəhbəri əcnəbi futbolçularının hamısı ilə yollarını ayıracaqlarını söyləyib: “Müqaviləsi davam edən 7 əcnəbimiz var. İki gün ərzində bu məsələni müzakirə edəcəyik. “Bursaspor”un mənafeyinə uyğun ən yaxşı şəkildə onlarla müqavilələri ləğv edəcəyik”.
Qeyd edək ki, TFF I Liqasında sona bir tur qalmış “Bursaspor”un aşağı liqaya düşməsi təmin olunub. Əsasnaməyə görə, II liqada heç bir komanda əcnəbi futbolçu oynada bilməz.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB