16 may 2022 15:42
294

Bərdədə baş verən yol qəzasında xəsarət alanlardan biri ölüb - YENİLƏNİB

Bərdədə baş verən yol qəzasında xəsarət alanlardan biri ölüb.

“İki sahil” xəbər verir ki, Hindarx-Borsunlu yolunda, Bərdənin Əmirli kəndində “Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan 1952-ci il təvəllüdlü Qarayev Ələmdar Əkbər oğlu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hərəkətdə olan "Mercedes" markalı, 58 BB 682 dövlət nömrəli avtomobil qarşıdan gələn "VAZ 2106" markalı, 02 BL 242 dövlət nömrəli avtomobillə toqquşub. Nəticədə sürücü 1952-ci il təvəllüdlü Qarayev Ələmdar Əkbər oğlu, onun qardaşı, 1961-ci il təvəllüdlü Qarayev Rəhbər Əkbər oğlu və həyat yoldaşı 1964-cü il təvəllüdlü Qarayeva Lətafət Yunis qızı xəsarət alaraq Ağdam Mərkəzi rayon xəstəxanasına çatdırılıb. İlkin ambulator müalicə alan ailə üzvləri təcili tibbi yardım maşını ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

***

Bərdədə yol nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Hindarx-Borsunlu yolunda, rayonun İmirli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ 2106" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"-da olan 1952-ci il təvəllüdlü Qarayev Ələmdar Əkbər oğlu, onun qardaşı, 1961-ci il təvəllüdlü Qarayev Rəhbər Əkbər oğlu və onun həyat yoldaşı 1964-cü il təvəllüdlü Qarayeva Lətafət Yunis qızı xəsarət alaraq Ağdam Mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.