16 may 2022 16:00
589

Tokayev: Əfqanıstandakı situasiya KTMT-nın stabilliyi üçün təhlükədir

Əfqanıstandakı situasiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin stabilliyinə təhlükədir.

"İki sahil" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev KTMT liderlərinin sammitində çıxışı zamanı deyib.

O, təşkilatın bu təhlükəni nəzərə almalı olduğunu söyləyib.

Qırğızstan Prezidenti Sadır Japarov isə Əfqanıstandakı silahlıların sponsorlarının Mərkəzi Asiya ilə bağlı böyük planlarının olduğunu əlavə edib.