16 may 2022 16:07
261

SABAH qruplarına qəbul imtahanının nəticəsi açıqlanıb

SABAH qruplarına qəbul olmaq üçün mayın 15-də keçirilmiş imtahanın nəticələri açıqlanıb.

Bu barədə “İki sahil”ə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bidirilib ki, imtahan iştirakçıları Mərkəzin internet saytında topladıqları bal və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

İştirakçılar imtahanda topladıqları bal haqqında məlumatı mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 2397 tələbədən 390 nəfəri imtahana gəlməyib.