16 may 2022 16:25
605

Saakaşvilinin vəkili məhkəmə zalında həbs edildi

Tiflis şəhər məhkəməsi Gürcüstanın “Mtavari Arkhi” telekanalının baş direktoru Nika Qvaramiyanı vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilərək məhkəmə zalında azadlıqdan məhrum edib.

“İki sahil” xəbər verir ki, o, "Rustavi 2" telekanalına 6,8 milyon lari məbləğində ziyan vurmaqda təqsirli bilinib.

Hakim Laşa Çxartişvilinin qərarı ilə Qvaramiya 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə cəza olaraq Qvaramiyanı 50 min lari məbləğində cərimə ödəməyə də məcbur edib.

Analoji ittihamla məhkəmə "Rustavi 2" telekanalının keçmiş maliyyə direktoru Kaxaber Dameniyanı da təqsirli bilib.

Qeyd edək ki, Qvaramiya həm də Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvilinin vəkilidir.