18 may 2022 03:21
730

Simasızlıq orbiti

Qrant mənimsəmə “aksiyası”

Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı  tarixi Qələbənin,  işğaldan azad edilmiş ərazilərdə  aparılan bərpa-quruculuq işlərinin  sürətlə davam etdiyi  bir məqamda gözlərinin qarşısındakı reallıqları görmək istəməyən erməni xislətli «Milli Şura» antimillilərinin,  AXCP sədri Əli Kərimlinin kurasiyasında olan «beşinci kolon»un xəyanətkarlarının  qrant xəstəlikləri  yenidən baş qaldırır. Ölkə daxilində agentura şəbəkəsi olan, əmrlərinə tabe olduqları xarici ağalarının mənafelərini təmin edən, birbaşa və ya dolayısı ilə beynəlxalq təşkilatlar üçün işləyən və niyyətləri qərəzli, milli maraqlarımıza müxtəlif üsullar və metodlarla ziyan vurmaq olan  agent şəbəkəsinin xəyanətləri üçün «münbit şərait»  Azərbaycanın beynəlxalq tədbirlərə hazırlaşdıqları məqamlardır.

Bəllidir ki, Azərbaycan Formula 1beynəlxalq yarış ərəfəsindədir. Həmişə olduğu kimi,  Azərbaycan haqqında mənfi imic formalaşdırmaq,  aldıqları sifarişlər və ayrılan qrantlar hesabına  ölkədə qarışıqlıq yaratmaq istəyən radikal qüvvələr  yenə də çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. İnsan azadlıqlarının və hüquqlarının müdafiəsi bəhanəsi ilə maraqlarına uyğun siyasi və iqtisadi səmərə əldə etmək üçün bu və ya digər dövləti  güzəştlərə məcbur etmək üçün əliaçıqlıq edərək həmin ölkələrdəki  agentura şəbəkəsinə qrantlar paylayan Qərbin geosiyasi maraqlarını həyata keçirən «Milli Şura»nın antimilli ünsürləri  çirkin məqsədlərini həyata keçirmək üçün  qeyri- hökumət təşkilatlarını da «beşinci kolon»a cəlb edir.

Azərbaycanda «beşinci kolon»un yaradılması üzrə müxtəlif QHT-lərin fəaliyyətinin maliyyələşdirən ABŞ  Dövlət Departamenti USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) üçün pul ayırır. USAİD də öz növbəsində «rəngli inqilablar»ın  «mühəndisi» rolunda çıxış edən  NED (Milli Demokratiya Fondu), İRİ (Beynəlxalq Respublika İnstitutu) və NDİ (Milli Demokratiya İnstitutu) kimi təşkilatçılarını maliyyələşdirir. Bundan əlavə, USAİD yerli QHT-lərə və xarici təşkilatların Azərbaycandakı digər nümayəndəliklərinə də «əl tutur.» Vətəndaş cəmiyyəti ilə bağlı  istəklərini  «yumşaq güc»” sxemi üzrə, özlərinə məxsus  «kodlaşdırılmış dildə» həyata keçirən Qərb institutları özlərinin pullu  nökərlərini qrantları ilə şirnikləndirirlər. Vicdanlarını dollarlara dəyişən ünsürlər isə  pozucu hərəkətlərini  bu cür maliyyələr hesabına həyata keçirməyə çalışırlar.    İnsanların onlara qarşı  nifrətindən radikallaşan, təhrikçilərin və intriqabazların, hərc-mərclik və dağıdıcılıq ehtirası ilə yaşayanların  yuvasına çevrilən Azərbaycan  Xalq Cəbhəsi Partiyası (AXCP) ölkəmizə qarşı yönələn  «qara piar» kampaniyasının önündə gedənlərdir.  Qərbin qərəzli təşkilatlarının əlində vasitəyə çevrilən, sivilizasiya və demokratik qaydalar haqqında elementar təsəvvürü olmayan  AXCP sədri Əli Kərimlini və onun  agent şəbəkəsini  düşərgədə «qrantyeyənlər dəstəsi» adlandırırlar. AXCP  daxilində  daim müşahidə olunan parçalanmaların, istefaların  əsas səbəbi  partiyada yaranan hərc-mərclik,  sədr Əli Kərimlinin ayrılmış qrantları  fərdi qaydada  mənimsəməsi,  partiyalararası münaqişələrin təşkilində katalizator rolunu oynamasıdır. Bu baxımdan  AXCP, «Milli Şura» kimi «beşinci kolon» da sosial bazadan məhrum olub.

Bu günlərdə  paytaxtımızın Fəvvarələr meydanında  aksiya təşkil etməklə, dövlətçilik əleyhinə əsassız şüarlar səsləndirməklə  nəyəsə  nail olmağa çalışanlar yenə də istəklərinə nail ola bilmədilər. Düşərgədə aqressiv,   korrupsionerlər kimi tanınan və çıxdaş siyasətçi adlandırılan  Əli Kərimli və Cəmil Həsənli kimi xəyanətkarlar özlərini  cəmiyyətin  təmsilçiləri  hesab etsələr də həmişə   ictimai qınağa  məruz qalan,  özlərinin neqativ əməllərini ört-basdır etməyə çalışan milli xəyanətkarlardır.

Azərbaycanın uğurlarına, ölkəmizin dünyada  möhkəmlənən nüfuzuna,  Avropa üçün əhəmiyyətinə  kölgə salmağa çalışan  bu  radikalların daimi iş prinsipləri  biri-birilərinə qarşılıqlı nifrət,  söyüş və iyrənc təhqirlər yağdırmaq və bütün bunların hesabına   aldıqları qrantların sayını artırmaqdır.
Korporativ maraqlarını dövlət mənafeyindən üstün tutan, daim  qisasçılıq duyğuları ilə yaşayan Əli Kərimlinin konstruktiv dialoqdan və siyasi mübarizənin sivil metodlarından  yayınması da onun və təhrikçi dəstəsinin  çirkin niyyətlərindən,  xəyanətlərindən qaynaqlanır. Bu radikallar  cəmiyyətə faydalı ideyalar və real proqramlar təklif etmək, vətəndaşların etimadını qazanmaq iqtidarında olmadıqlarına görə ölkədən   kənarda  formalaşdırdıqları dəstələri belə  hakimiyyətə qarşı  ambisiyalarını təmin etmək naminə  xəyanətlərinə cəlb edirlər.
«Nə qədər pis olsa,  bizim üçün bir o qədər yaxşıdır”» prinsipi ilə ölkəmizdə siyasi sabitliyin pozulmasına cəhd göstərən radikallar bütün Azərbaycan xalqı tərəfindən dəstəklənən iqtidarın siyasətini hər vasitə ilə hörmətdən salmağa çalışsalar da cılız resursları ilə istəklərinə nail ola bilməyəcəklərini də  aydın başa düşürlər. Bu baxımdan istər paytaxtın mərkəzində, istərsə də başqa ərazilərdə  nə qədər mitinq, aksiya təşkil etsələr də, əvvəlcədən  araqarışdıran pullu dəstələr formalaşdırsalar da,  qazanılmış uğurlara və müsbət dəyişikliklərə qara yaxmağa  çalışsalar da  niyyətlərinə çata bilməyəcəklər. Çünki bütün Azərbaycan xalqı işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculq işlərində çalışmaq həvəsindədir. Ölkəmizdə keçirilən,  milli birlik və həmrəyliyimizin nümunəsi olan  «Xarıbülbül» festivalı  kimi  tədbirlərin sevincini yaşayan insanlar Əli Kərimli kimilərin  şousunun çirkin məqsədini bildikləri üçün milli xəyanətkarlara birdəfəlik «yox» deyiblər. Buna görə də pullu mitinq iştirakçılarının canfəşanlığı  yalnız  «Milli Şura»da, AXCP-də, Əli Kərimlinin əhatəsində  qəbulediləndir.

Xuraman İsmayılqızı, «İki sahil»