18 may 2022 08:20
603

Mərakeş "PCR" testinin təqdim edilməsi tələbini ləğv edib

Mərakeş hökuməti ölkəyə daxil olmaq üçün "PCR" testinin cavabının təqdim edilməsi tələbini ləğv etmək qərarına gəlib.

"İki sahil" xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti bildirib.

Məlumata əsasən, hakimiyyət orqanlarının bu qərarı “Mərakeşdə epidemik vəziyyətin yaxşılaşması nəzərə alınmaqla fövqəladə sanitar vəziyyətin idarə edilməsi ilə bağlı hüquqi normalar əsasında” qəbul edilib.