18 may 2022 10:00
650

Stoltenberq iki ölkənin Alyansdakı səfirləri ilə görüşəcək

Bu gün, matın 18-də NATO baş katibi Yens Stoltenberq Finlandiyanın Alyansdakı səfiri Klaus Korhonen və İsveç səfiri Aksel Vernhoff ilə görüşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun rəsmi səhifəsində yazılıb.

Görüşün Alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcəyi gözlənilir.

Diplomatların müzakirə mövzuları arasında Finlandiya və İsveçin Alyansa mümkün üzvlüyü də olacaq.