18 may 2022 10:22
271

Türkiyə, Rusiya, Ukrayna və BMT arasında danışıqlar keçiriləcək

Yaxın günlərdə Rusiya, Ukrayna, Türkiyə və BMT-nin humanitar məsələlər üzrə təmas qrupunun toplantısı keçiriləcək.

"İki sahil"in RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“BMT Baş katibinin təklif etdiyi humanitar məsələlər üzrə BMT, Türkiyə, Rusiya və Ukraynadan ibarət təmas qrupu var. Yaxın günlərdə texniki səviyyədə görüş keçirməyi planlaşdırırıq”.