18 may 2022 10:13
1228

Litva Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Litva Respublikasının Prezidenti Gitanas Nausedanın mayın 18-də rəsmi qarşılanma mərasimi olub.

“İki sahil” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Litva Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Litva Respublikasının Prezidentinə raport verib.

Prezident Gitanas Nauseda Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Gitanas Nauseda fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Litva Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Gitanas Nausedanın qarşısından keçib.

Azərbaycan nümayəndə heyəti Litva Prezidentinə, Litva nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.