18 may 2022 11:30
292

"Qalatasaray"dan ayrılacaq ilk futbolçu bəlli oldu

 Mövsümün sonunda "Qalatasaray"dan ayrılacaq ilk futbolçu bəlli olub.

“İki sahil” xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi Sofyan Fequli komandadan gedəcəyini açıqlayıb.

Bununla bağlı İnstaqram səhifəsində paylaşım edən futbolçu "Qalatasaray"da keçirdiyi 5 mövsümə görə klub rəhbərliyinə, futbolçulara və məşqçilər heyətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2017-ci ilin yayında "Vest Hem"dən "Qalatasaray"a keçmişdi.