"Bavariya" qapıçısı Manuel Noyerlə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmir.
“İki sahil” xəbər verir ki, bu barədə "Kicker" nəşri məlumat yayıb. Bildirilib ki, 36 yaşlıq qolkiper 3 illik yeni müqavilə imzalamaqda qərarlıdır. Lakin Münhen təmsilçisinin rəhbərliyi Noyerin bu qədər uzun müddət yüksək səviyyədə oynaya biləcəyinə şübhə edir. Buna görə klub ona yalnız qısamüddətli müqavilə təklif etməyə hazırdır.
Noyerin növbəti mövsümün əvvəlinə kimi gözləməyə hazır olduğu vurğulanıb. O, yeni müqavilə imzalanmasına layiq olduğunu sübut etməyə çalışacaq. "Bavariya"nın kapitanı klub rəhbərliyi ilə münasibətləri pisləşdirmək istəmir. Qapıçı bu vəziyyətin mətbuatda böyük rezonansa səbəb ola biləcəyindən ehtiyatlanır.
Qeyd edək ki, Noyerin "Bavariya" ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Belarusda keçirilən çempionatda Azərbaycan oxatanları parlaq qələbə qazanıblar