20 may 2022 17:32
666

Millimizin rəqibinin heyəti açıqlandı

Belarus yığmasının UEFA Millətlər Liqasında Slovakiya, Azərbaycan və Qazaxıstana qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

"İki sahil" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, milliyə 27 futbolçu dəvət edilib. 

Qapıçılar: Yeqor Xatkeviç ("Dinamo-Minsk"), Pavel Pavlyuçenko ("Termalitsa", Polşa), Maksim Plotnikov ("Şaxtyor", Soliqorsk)

Müdafiəçilər: Denis Polyakov ("Astana", Qazaxıstan), Sergey Politeviç, Qleb Şevçenko, Ruslan Xadarkeviç (hamısı "Şaxtyor", Soliqorsk), Maksim Şvetsov, Roman Bequnov (hər ikisi "Dinamo-Minsk", Kirill Peçenin ("Orenburq", Rusiya), Ruslan Yudenkov ("Maktaaral", Qazaxıstan), Zaxar Volkov ("Ximki", Rusiya), Danila Neçayev (BATE)

Yarımmüdafiəçilər: Vladislav Klimoviç ("Dyirmot", Macarıstan), Yevgeni Yablonski ("Aris", Kipr), Maks Ebonq ("Astana", Qazaxıstan), Artyom Bıkov, Denis Qreçixo (hər ikisi "Dinamo-Minsk") Dmitri Podstrelov ("Şaxtyor", Soliqorsk), Pavel Sedko (" Torpedo", Rusiya), Aleksandr Selyava ("Rostov", Rusiya), Dmitri Bessmertni, Valeri Qromıko, Valeri Boçerov, Vladislav Malkeviç (hamısı BATE)

Hücumçular: İvan Bahar ("Dinamo-Minsk"), Andrey Solovey ("Şaxtyor", Soliqorsk)

Qeyd edək ki, Belarus millisi  yığmamızla iyunun 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda qarşılaşacaq. Komanda iyunun 13-də Bakıda yenidən millimizlə görüşəcək.