20 may 2022 18:58
666

Fransanın yeni xarici işlər naziri təyin olunub

Fransanın yeni xarici işlər naziri təyin olunub.

“İki sahil” BFM TV-yə istinadla xəbər verir ki, Fransanın Britaniyadakı səfiri Katerina Kolonna ölkənin yeni xarici işlər naziri təyin olunub. O, bu postda Jan İv Lö Drian əvəz edəcək. Xanım Kolonna daha əvvəl mərhum prezident Jak Şiraqın mətbuat katibi olub.

BFM TV-nin məlumatına görə, yeni hökumət kabinetində maliyyə naziri Bruno Le Maire və daxili işlər naziri Gerald Darmanin öz postlarını saxlayıblar.