Yevqeniya Peterson özünün uzun və sağlam yaş dövründə bir neçə dəfə köklü şəkildə həyat tərzini dəyişib. O, demək olar ki, dünyanın yarısını gəzib, dolanıb və onun tanışları arasında məşhur Hollivud ulduzları, filosoflar, siyasət adamları olub. 12 dil bilən qadın üç ölkəni vətəni hesab edirdi - doğulduğu Rusiyanı, ikinci dəfə dünyaya gəldiyini hesab etdiyi Hindistanı və ürəyinin sakitlik tapdığı Argentinanı.
İndi isə 103 il sağlam, uzun ömür sürmüş bu qadının qidalanma qaydalarını diqqətinizə çatdırırıq.
Bu qadının fikrinə görə, insan yalnız balanslaşdırılmış və düşünülmüş pəhrizdən xeyir əldə edə bilər, çünki qeyri - düzgün qidalanma insan sağlamlığını asta- asta məhv edir. Buna görə də, əgər siz sağlamlığınızı qorumaq istəyirsinizsə gündəlik həyatınızda lazım olan qaydalara riayət etməyiniz məsləhətdir.
1. Heç vaxt suyu buzlu şəkildə içməyin. Əsasən də yemək qabağı. Belə ki, buzlu su mədə şirəsinin təbii dövriyyəsini pozur və həzm prosesinə mane olur. Buzlu su içmək sağlam həzm prosesi qarşısında günah sayılır.
2. Səhər yuxudan oyanan zaman və axşam yatmazdan əvvəl bir stəkan təmiz saf su içmək məsləhətlidir. Bir az limon da əlavə etmək olar.
3. Gün ərzində 5, 8 stəkan su içmək lazımdır. Hava ilə əlaqədar olaraq su bizim orqanizmimiz üçün vacibdir. Bədənimizin 80 %-i sudan ibarətdir və gün ərzində biz 2,5 litr su itiririk. Orqanizmdə su defisiti qara ciyərin və böyrəklərin disfunksiyasına səbəb olur.
4. Qida qəbulu zamanı su içmək olmaz. Ya yeməyə yarım saat qalmış, ya da yeməkdən 2 - 3 saat sonra içmək məsləhətdir.
5. Suyu bir dəfəyə yox qurtum - qurtum içmək lazımdır.
6. Qaynadılmış suyu “ canlandırmaq” üçün, onu bir qabdan digər qaba bir neçə dəfə doldurub boşaltmaq lazımdır. Belə su “cansız” su ilə müqayisədə gümrahlıq və stimullaşdırıcı effekt verir.
7. Meyvənin özünü yemək meyvə şirəsini içməkdən xeyirlidir.
8. Meyvə şirəsi hazırladığınız zaman həmin meyvələrin kökünü də meyvə şirəsinə əlavə edin.
9. Alkaqol, çay, kofe, kakao və şokolad məsləhət deyil, çünki kofein və alkaloid narkotik təsirlidir.
10. Süd - maye deyil, qidadır. Onu qurtum- qurtum içmək lazımdır. Əks təqdirdə mədədə ağrılar ola bilər.
11. Bizim orqanizmimiz qəbul etdiyimiz qidalarla deyil, onun mənimsəyə bildiyi qidalarla qidalanır.
12. Bütün “cansız” qidalardan uzaq durun: konserv, cilalanmış düyü, ağ un, rafinə olunmuş şəkər və.s.
13. Qəbul etdiyiniz qidanı mütləq yaxşı çeynəyin, əsasən də nişastalı qidaları.
14. Qızardılmış çörək təzə çörəkdən xeyirlidir. Lakin çörəyi maye ilə bir yerdə qəbul etməyin. Birinci suyu için sonra çörəyi yeyin. Belə olduqda ağız boşluğu şirəsi qlükoza və nişastanı emal edir.
15. Gün ərzində bir porsdan artıq nişasta qəbul etməyin. Məsələn, əgər siz bir pors düyü yemisinizsə, çörək, kartof, makarondan imtina edin.
16. Tərəvəzləri qaynatdığınız suyu atmayın. Onu içmək və ya şorba hazırlamaq olar. Kartof suyu da çox xeyirlidir.
17. Tərəvəzləri az suda və asta odda bişirmək lazımdır.
18. Yağlı və qızardılmış qidalardan uzaq durun. Mədəni ən son tərk edən yağdır.
19. Heyvani yağlarla zəngin olan bütün qidalar təhlükəlidir. Yağlılığın çox, protein səviyyəsinin aşağı olması fermetlərin fəaliyyətinə mane olur.
20. Stress zamanı qəbul edilən qida orqanizmdə toksiki dəyişikliklərə səbəb olur. Buna görə də belə bir vəziyyətdə ən yaxşısı qidalanmamaqdır.
21. Çalışın yemək zamanı, süfrə arxasında xoşagəlməz söhbətlər etməyəsiniz. Gülüş, xoş söhbət, qəşəng gül yeməyi daha xoşagələn edir. Yeməkdən öncə duanızı edin ki, qəbul etdiyiniz qida sizə xeyir gətirsin.
Könül Əliyeva, “İki sahil”