22 iyun 2022 16:37
437

Prezidentin mətbuat katibi Özbəkistanda əsgərlik yoldaşı ilə qarşılaşıb VİDEO

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov Özbəkistanda öz əsgərlik yoldaşı Uluqbek Matniyozov ilə yenidən qarşılaşıb.

“İki sahil” xəbər verir ki,  görüşün videogörüntülərini “Özbekistan haber” öz feysbuk hesabında paylaşıb.

Məlumata görə, əsgərlik yoldaşları 35 ildən sonra Xivə bölgəsində yenidən qarşılaşıblar. Görüntülərdən Azər Qasımov və Uluqbek Matniyozovun çox səmimi şəkildə görüşdüyünü görmək mümkündür.

Onlar bir-biriləri ilə öz xatirələrini, həyatlarını, hazırkı fəaliyyətləri barədə məlumatları bölüşüblər.