23 iyun 2022 16:09
782

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi təsdiqlənib

Azərbaycan Kinematoqrafçılar İttifaqın İdarə Heyətinin sədri Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqı ictimai birliyinin Nizamnaməsinin 6.12-ci maddəsinə əsaslanaraq ittifaqın katibliyinin tərkibini təsdiq edib.

Bu barədə “İki sahil”ə İttifaqdan məlumat verilib.
Qeyd olunub ki, katibliyin əvvəlki tərkibi saxlanılıb və rejissor, Əməkdar İncəsənət xadimi, İdarə Heyətinin üzvü Mirbala Səlimli katib seçilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqın İdarə Heyətinin katibliyinin tərkib hissəsində isə adları çəkilənlər təsdiqlənib:
Anar Rzayev, Cəmil Fərəcov, Baba Vəziroğlu, Əli İsa Cabbarov, Oleq Səfərəliyev, Həmidə Ömərova, Mirbala Səlimli.