23 iyun 2022 17:57
296

Naxçıvan Muxtar Respublikasının ÜDM-in həcmi 1,8% artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 1,051 mlrd. manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 1,8% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2% artaraq 2267,1 manat olub.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-may aylarında 472,4 mln. manat dəyərində məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7% çoxdur.