23 iyun 2022 20:56
231

Azərbaycan IX Qlobal Bakı Formu vasitəsi ilə haqq sözünü bütün dünyaya bir daha bəyan etdi

Bu gün hər birimiz Azərbaycanlı olaraq çox xoşbəxt xalqıq çünki​ bizlər, tarixi qələbənin şahidi olduq. Ölkəmiz qalib ölkə kimi günü – gündən inkişaf edir və öz sözünü açığ şəkildə bütün dünyaya bəyan edir.

IX Qlobal Bakı Forumunda 50-yə yaxın ölkənin nümayəndəsinin iştirak etməsi ilk növbədə, Azərbaycana olan beynəlxalq diqqətin xeyli artdığını göstərir. Bakı Qlobal Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan ənənəvi platformadır. Forumlarda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, dünyanın bir sıra tanınmış ictimai-siyasi xadimləri və dövlət rəsmiləri iştirak edirlər.

Digər tərəfdən forum, uzun müddətdir ki, təkcə regional tədbir deyil, qlobal problemlərin müzakirəsi və onların həlli yollarının tapılması üçün kifayət qədər mühüm platformaya çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun keçirilməsi də aktual məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir.

Prezident İlham Əliyev çıxışında İkinci Qarabağ müharibəsinin nəticələri, Cənubi Qafqaz regionunda mövcud vəziyyət, bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində Azərbaycanın təşəbbüsləri haqqında ətraflı fikirlərini ifadə edərək, Ermənistanın əldə edilən razılaşmaları pozduğunu vurğuladı.Cənab Prezident bildirdi ki: “10 noyabr razılaşmasına uyğun olaraq ermənilər Laçın yolundan sərbəst istifadə etsələr də, Azərbaycanlılar Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizdir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq. Eyni zamanda Azərbaycanın dövlət başçısı dünyadakı münaqişələrin sülh yolu ilə həllinin, ərzaq təhlükəsizliyinin təmin edilməsinin, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini zəruri məsələ kimi bütün iştirakçıların qarşısında qoydu.

Bu çağırışlar uzun illərdir ki, Azərbaycandan dünyaya səsləndirilir və xalqımızın iradəsi nəticə etibarı ilə dünyaya sübut etdi ki, sülh qaçılmazdır. Ona adekvat yoxdur və işğalçılığın aqibəti iflasdır. Ancaq sülh təkcə Azərbaycana deyil, bütün dünyaya lazımdır.Beləlikə, IX Qlobal Bakı Forumu Sabit və təhlükəsiz dünya üçün Azərbaycandan növbəti çağırışı kimi tarixə düşdü.

Məcid Əhmədov,
YAP Pirallahı rayon təşkilatı sədrinin müavini