Vəziyyətləri ağır olan Qədirova Sevər Qədirova və Fəxriyyə Əliyeva paytaxt xəstəxanalarından birinə göndərilib.
***
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı rayonunun Əhmədli kəndindən keçən hissəsində qeydə alınan hadisədə ümumilikdə 23 nəfər yaralanıb.
Onlardan 6-sı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, 17-si isə Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
***
Masallıda zəncirvarı yol qəzası baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı rayonunun Əhmədli kəndindən keçən hissəsində qeydə alınıb.
Fəhlə daşıyan mikroavtobusla 2 minik avtomobilinin toqquşması nəticəsində 10-dan çox şəxs xəsarət alıb.
Yaralılar Masallı və Cəlilabad Rayon Mərkəzi xəstəxanalarına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.