24 iyun 2022 14:18
814

İngiltərə millisinin üzvü rəsmən “Nyukasl”da

İngiltərənin “Nyukasl” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

“İki sahil” xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bernli”nin qapıçısı Nik Poupu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İngiltərə yığmasının da qapıçısı olan Nik Poul 2016-cı ildən “Bernli”də çıxış edirdi.