24 iyun 2022 15:01
791

"İnter" müdafiəçi ilə müqavilə imzalayıb

"İnter" heyətinə yeni futbolçu qatıb.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Milan təmsilçisi "Torino"nun mərkəz müdafiəçisi Qleison Bremeri transfer edib. "Torino" 25 yaşlı braziliyalı müdafiəçinin keçidi ilə 35-40 milyon avro qazanacaq.

Qeyd olunur ki, "İnter" 2021-ci ilin noyabrında Bremerlə illik 3 milyon avro maaşla 2027-ci ilə qədər müqavilə imzalayıb.