Belarus Respublikasında səfərdə olan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının nümayəndə heyəti bu gün Mogilyov vilayətindəki V.İ.Dunin-Martsinkeviç adına Dram və Komediya Teatrında olub, teatrın kollektivi ilə görüşüb.
Bu barədə “İki sahil”ə teatrın mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, görüş zamanı teatrlar arasında əməkdaşlıq müqaviləsi də bağlanıb.
Həmçinin qeyd olunub ki, Musiqili Teatr sabah Bobruysk şəhərində “Dostluq çələngi” Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Londonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib
Mədəniyyət Nazirliyi "MilliNet 2025" müsabiqəsinin qalibləri sırasında yer alıb
Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq müzakirə olunub