24 iyun 2022 17:55
667

Bakıda növbəti İnvestisiya Sammiti keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu (ICYF) arasında bu ilin noyabrında Bakıda növbəti İnvestisiya Sammitinin keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

KOBİA-dan “İki sahil”ə verilən məlumata görə, sənədi Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və ICYF prezidenti Taha Ayhan imzalayıblar.

Qeyd edək ki, 2021-ci ilin 27-29 oktyabr tarixlərində Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçirilib. İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, KOBİA və ICYF-in təşkilatçılığı ilə keçirilmiş tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox ölkədən nümayəndələr iştirak ediblər.