25 iyun 2022 10:56
645

Sabah "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri işləməyəcək

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") vətəndaşlara müraciət edib.

Agentlikdən "İki sahil"ə verilən məlumata görə, 26 İyun - Silahli Qüvvələr Günü ilə əlaqədar "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Bu səbəbdən vətəndaşlar iyunun 27-dən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.