25 iyun 2022 12:57
704

Nazir: Yanğın qəsdən və ya diqqətsizlik səbəbindən törədilə bilər

“Türkiyədə meşə yanğınların 88 faizi insan faktoru ilə bağlıdır”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi jurnalistlərə açıqlamasında deyib.

“Yanğın qəsdən və ya diqqətsizlik səbəbindən törədilə bilər. Son hadisələrin qəsd olub-olmadığına Daxili İşlər Nazirliyi münasibət bildirəcək. Amma biz ictimaiyyətə ehtiyatlı olmağı tövsiyə edirik. Bundan sonra meşə yanğınlarının təkrarlanmayacağına kimsə zəmanət verə bilməz. Amma biz diqqətli olmalıyıq”, - o söyləyib.