25 iyun 2022 12:53
975

Bakıdan yola çıxan sərnişin avtobusu Füzuliyə çatıb

Bakı-Füzuli-Bakı marşrutu üzrə bu gün səhər yola çıxan sərnişin avtobusu Füzuliyə çatıb.

“İki sahil” xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən iyunun 25-də Bakı-Füzuli-Bakı şəhərlərarası avtobus marşrutu istifadəyə verilib. Artıq marşrut üzrə ilk avtobus erməni işğalından azad olunan Füzuliyə çatıb.

İlk səfərdə 30 Füzuli sakini öz ata-baba yurdunu ziyarət edir. Onlar Füzuli rayonunun Merdinli kəndi, Füzuli şəhər mərkəzi, Füzuli Beynəlxalq Hava Limanı, İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar karvansaray kompleksi və Dövlətyarlı kəndində olacaqlar.

Qeyd edək k, sərnişin avtobusu Bakı-Füzuli-Bakı marşrutu üzrə hər həftənin şənbə günü yola çıxacaq. Avtobus Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müşayiət olunacaq. Sürücülər ANAMA-da xüsusi kurs keçiblər.

Biletlər Ağdam və Şuşa avtobus reyslərində olduğu kimi, “https://yolumuzqarabaga.az/” portalı vasitəsilə yalnız onlayn satılır. Sərnişinlər öncədən hər iki tərəfə bilet almalıdırlar. Çünki eyni gündə də geri dönəcəklər.

Avtobus 59 sərnişin tutumuna malikdir. Biletin qiyməti (gediş-gəliş) 19 manat 40 qəpikdir.